Keylor Navas özünə yeni klub tapıb. Məşhur kosta rikalı qapıçının İtaliyada qərar tutacağı məlum olub.
“Football-plus.az” xəbər verir ki, bu barədə Fabritsio Romano məlumat yayıb. Məşhur insayder 37 yaşlı futbolçunun “Montsa”ya keçməyə yaxın olduğunu bildirib. Tərəflər artıq razılığa gəlib və tezliklə müqavilə imzalanacaq. Kosta Rika yığmasının sabiq oyunçusu iyulun əvvəlində azad agent kimi PSJ-dən ayrılıb. O, əvəllər “Levanter”, “Real” və “Nottingem Forest”də də çıxış edib.
Qeyd edək ki, A seriyasında çıxış edən “Montsa”nın yeni baş məşqçisi İtaliya yığmasının sabiq müdafiəçisi Alessandro Nestadı.