“Football-plus.az” xəbər verir ki, cavab görüşündə “Fehervar”dan 1:2-nin qisasını almaq istəyən “gənclik şəhəri”nin təmsilçisiylə bağlı yeni xəbər yayılıb. Guya “Sumqayıt” rəhbərliyi Konfrans Liqasına vəsiqə qazandığına görə futbolçulara 5 min manat mükafat vəd edib və hələ də bu vədi yerinə yetirməyib. Artıq avrokuboklarda iştirakı mayda rəsmiləşdirən klubun futbolçularına söz verdiyi mükafatı verməməsi maraq doğurdu. Məsələni aydınlaşdırmaq üçün “kimyaçılar”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevlə əlaqə saxladıq:
“Deyilən məlumatlar tam əsassızdı. Bu vaxta qədər futbolçulara vəd olunan mükafatların hamısı ödənilib”.
KAMAL SƏFƏR






