“Bütün futbolçulara oynamaq şansı yaratdım” - Şahin Diniyev

31.07.2024 15:30 397
Ölkə futbolu / Manşet
Növbəti mövsümə hazırlığı bitirmək üzrə olan “Səbail” dünən MOİK-lə yoxlama oyunu keçirib.

“Dənizçilər” artıq yeni mövsümdəki ilk oyunun (“Zirə” ilə olacaq) həyəcanı ilə yaşayır. Bəs komanda çempionata tam hazırdımı? Bu sualı baş məşqçi Şahin Diniyevə ünvanladıq. Onun “Football-plus.az”a söylədikləri:

“MOİK-lə qarşılaşdıq və 2:1 hesabıyla qalib gəldik. Bütün futbolçulara oynamaq şansı yaratdım. Yoxlama oyunlarını tamamladıq və çempionata fokuslanmışıq. İntensiv şəkildə “Zirə” ilə matça hazırlaşırıq”.

RÖYANƏ OĞUZ