"Səbail" 1-ci liqa təmsilçisiylə yoxlama oyunu keçirir - RƏSMİ

23.03.2024 11:45 219
Aktual / Ölkə futbolu
"Səbail" və MOİK millinin oyunlarıyla bağlı fasilədən yararlanaraq yoxlama oyununda üz-üzə gəlir.

Bu barədə "Football-plus.az"a Bayıl təmsilçisinin baş məşqçisi Şahin Diniyev məlumat verib.

Bu gün "ASCO Arena"da keçiriləcək oyun saat 12-də başlayacaq.

Qeyd edək ki, "Səbail" Misli premyer-liqasında 27 turdan sonra 37 xalla turnir cədvəlinin 6-cı pilləsindədi. 1-ci liqa iştirakçısı MOİK isə 18 turdan sonra 35 xalla 2-ci sırada qərarlaşıb.

KƏNAN BAHADIR