Xosep Qvardiola “Mançester Siti”ni daha uzun müddət çalışdırmağa hazırdı.
“Football-plus.az” xəbər verir ki, baş məşqçi müqaviləni növbəti dəfə yenilənməsini istisna etmir. İspaniyalı mütəxəssis İngiltərə mətbuatına açıqlamasında belə deyib:
“Bu mövzuda uzun illərdi klubla danışıq aparırıq. Müqavilənin müddətinin növbəti dəfə uzadılacağını istisna etmirəm. Rəhbərliklə son görüşümüzdə qalmaq istədiyimi demişəm”.
Qvardiola MS-ni 2016-cı ildən çalışdırır. Komanda ötən müddət ərzində 6 dəfə İngiltərə çempionu olub, bir dəfə Çempionlar Liqası, Avropa Superkuboku və Klublararası Dünya Çempionatının qalibi olub.