İspaniya yox, İtaliyanın paytaxtına?

29.07.2024 17:57 305
Dünya futbolu
“Atletko”ya keçidi alınmayan Artyom Dovbik İtaliyada qərar tuta bilər.

“Jirona”nın hücumçusunun xidmətində “Roma” maraqlıdı. Paytaxt klubunun onu transfer etmək planı ilə bağlı xəbəri “Sky Sport” yayıb. Bu mənbə romalıların ukraynalı futbolçuya görə bonusları nəzərə almadan 32 milyon avro ödəməyə hazır olduğunu yazıb.

Artyom son mövsümdə bütün turnirlərdə meydana çıxdığı 41 oyunda 25 qolun və 10 mhsuldar ötürmənin müəllifi olub.