Biz "Makkabi"yik, "Sabah"ın qarşısına ağ bayraqla çıxmayacağıq" - rəqib qələbə istəyir

28.07.2024 12:31 1 718
Ölkə futbolu / Manşet
"Sabah"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Makkabi" bu gün cavab matçının hazırlığına başlayıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə "ONE" nəşri məlumat yayıb. İsrail mediasının məlumatına görə, Hayfa təmsilçisi Masazır səfərindən qələbəylə dönməyi planlaşdırır:

"Komanda "Biz "Makkabi"yik, "Sabah"ın qarşısına ağ bayraqla çıxmayacağıq" deviziylə məşqlərə başladı. "Yaşıllar" düşünür ki, rəqib ikinci oyunda qol vurmağa çalışmayacaq. Hər halda, 0:3 hesabını qorumaq daha təhlükəsizdi. Amma "Makkabi" bütün gücüylə irəli atılmalı və fərqi qapamalıdı. Kollektiv şirin qələbə arzusundadı. "Makkabi" Abdulay Sek və Maor Kandilin cavab matçına qədər meydana çıxmaq üçün hazır olmasını istəyir. Amma imtahan çox çətindi. "Makkabi" Konfrans Liqasından erkən ayrılmağın biraddımlığındadı".

Qeyd edək ki, cavab oyunu avqustun 1-də "Bank Respublika Arena"da keçiriləcək.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul