AFF-dən gözlənilən qərar

27.07.2024 20:10 370
Dünya futbolu
Albaniya Futbol Federasiyası (AFF) gözlənilən qərarı verib.

"Football-plus.az" xəbər verir ki, milli komandanın baş məşqçisi Silvinyo ilə müqavilə yenilənib. 50 yaşlı mütəxəssislə yeni müqavilənin müddəti 2025-ci ilin dekabrına qədər nəzərdə tutulub. Braziliyalı məşqçi qarşısında komandanı 2026-cı ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanmaq vəzifəsi qoyulub.

Silvinyo Albaniya yığmasını 2023-cü ilin yanvarından çalışdırır. Komanda onun başçılığı altında bu il Almaniyada təşkil edilən qitə çemionatının iştirakçısı olub.