“Araz-Naxçıvan” yoxlama oyunun vaxtını dəyişdi – “baş məşqçilər razılaşdılar ki...”

22.07.2024 21:37 311
Premyer-liqa
Bilindiyi kimi, təlim-məşq toplanışını Türkiyədə davam etdirən “Araz-Naxçıvan”la Küveytin “Əl-Ərəbi” komandası arasında planlaşdırılan görüş təxirə salınıb.

Bu gün ikinci yoxlama görüşünü keçirməli olan naxçıvanlılar iyulun 24-ü, saat 18.00-da meydana çıxacaq. İyulun 24-də keçiriləcək üçüncü yoxlama oyunu isə Özbəkistanın “Soqdiana” klubu toplanışa gəlmədiyi üçün baş tutmayacaq. Bəs yoxlama görüşü niyə təxirə salındı?

“Araz-Naxçıvan”ın mətbuat katibi Mahal Məmmədovun “Football-plus.az”a açıqlaması:
“Özbəklər Ərzuruma gələ bilmədilər, bu səbəbdən onlarla oyun ləğv edildi. Ərəblər isə dünən gecə gəliblər. Yorğunluğu nəzərə alıb baş məşqçilər razılaşdılar ki, 24-də oynasınlar”.


Qeyd edək ki, “Araz-Naxçıvan” Ərzurumda ilk yoxlama oyununu “Alanyaspor”a qarşı keçirib. İyulun 16-da keçirilən oyun 1:1 bitib.

RÖYANƏ OĞUZ