“Araz-Naxçıvan”dan qolsuz bərabərlik

24.07.2024 21:41 360
Ölkə futbolu
Yeni mövsümə Türkiyədə hazırlaşan “Araz-Naxçıvan” bu gün növbəti oyununa çıxıb.

“Football-plus.az” xəbər verir ki, Elmar Baxşıyevin komandası Küveytin “Əl-Ərəbi” klubu ilə qarşılaşıb. Görüş 0:0 hesabı ilə başa çatıb. Bununla da təlim-məşq toplanışını yekunlaşdıran “Araz-Naxçıvan” sabah – iyulun 25-də Bakıya dönəcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” daha əvvəl Türkiyədə 1 yoxlama oyunu keçirib. Komanda “Alanyaspor"la 1:1 hesablı heç-heçə edib.