“Araz-Naxçıvan”ın sınaq matçlarında dəyişiklik oldu

21.07.2024 20:08 337
Ölkə futbolu
Təlim-məşq toplanışını Türkiyədə davam etdirən “Araz-Naxçıvan”ın oyun təqvimində dəyişiklik edilib.

“Football-plus.az” xəbər verir ki, Küveytin “Al Arabi” komandası ilə qarşılaşma bu gün yox, iyulun 24-də, saat 18:00-da (Bakı vaxtı ilə) keçiriləcək. Özbəkistanın “Soqdiana” klubu isə toplanışa gəlmədiyi üçün bu komanda ilə görüş baş tutmayacaq. "Soqdiana" ilə oyun isə iyulun 24-də keçirilməli idi.

Qeyd edək ki, “Araz-Naxçıvan” Erzurumda ilk yoxlama oyununu “Alanyaspor”a qarşı keçirib və görüş 1:1 hesabı ilə başa çatıb.