"Neftçi"nin potensial rəqibi müəyyənləşdi

11.08.2022 22:50 329
Konfrans Liqası
Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçları keçirilir.

Football-plus.az
xəbər verir ki, turnirdəki təmsilçimiz "Neftçi"nin pley-offdakı potensial rəqibi müəyyənləşib. "Ağ-qaralar" "Rapid" səddini keçərsə, Lixtenşteyn "Vaduts"u ilə qarşılaşacaq. Cırtdan ölkə təmsilçisi "Konyaspor"u 4:2 hesabı ilə məğlub edib.

İlk oyunda 1:1 hesablı bərabərlik qeydə alındığından "Neftçi"nin potensial rəqibi "Vaduts" olub.