Cəlalın iştirak etdiyi görüşdə komandası heç-heçə etdi

21.05.2024 13:29 156
Dünya futbolu
Bolqarıstan çempionatında 34-cü turun oyunları keçirilib.

“Football-plus.az” xəbər verir ki, yığmamızın müdafiəçisi Cəlal Hüseynovun komandası “Arda” öz meydanında “CSKA 1948 Sofia” ilə qarşılaşıb. 90 dəqiqə ərzində qalib aşkarlanmayıb - 0:0. Cəlal da bu matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan Hüseynov 61-ci dəqiqədə El Mami Tetahla əvəzlənib.

Bu nəticədən sonra “Arda” 45 xalla 8-ci pillədə qərarlaşıb.