Kimsə avrokuboklara qatılan Azərbaycan klublarının baş məşqçilərinin qulağına pıçıldasın ki, penalti seriyası b(s)izlik deyil. Başqa nə deyəsən?!
Bizimkilər indiyə qədər 10 dəfə oyunsonrası penalti seriyasında iştirak edib və hər dəfə də meydandan məğlub ayrılıb. Bir seriya bu qədər uzanırsa, onu artıq bəxt ilə bağlamağın adı yoxdu. Deməli, penaltiləri dəqiq yerinə yetirmək də peşəkarlığın bir elementi, ünsürü, komponentidi. Təəssüf ki, ölkə klubları penalti seriyasından qalib ayrılmağı bacarmır. 1998-ci ildə də belə idi, 2024-cü ildə də belədi!
1998/99 İntertoto Kuboku İnkaras (Litva) – Bakı fəhləsi 1:0, 0:1, p. - 5:4
2007/08 İntertoto Kuboku Bakı – Daçiya (Moldova) 1:1, 1:1, p. - 1:3
2012/13 Avropa Liqası İnter – Asteras Tripolis (Yunanıstan) 1:1, 1:1, p. - 2:4
2010/11 Çempionlar Liqası İnter – Lex (Polşa) 0:1, 1:0, p. - 8:9
2014/15 Avropa Liqası Elfsborq (İsveç) – İnter 0:1, 1:0, p. - 4:3
2020/21 Avropa Liqası Keşlə - Laçi (Albaniya) 0:0, p. - 4:5
2020/21 Çempionlar Liqası Qarabağ – Molde (Norveç) 0:0, p. - 5:6
2022/23 Konfrans Liqası Qarabağ – Gent (Belçika) 1:0, 0:1, p. - 3:5
2023/24 Konfrans Liqası Sabah – Partizan (Serbiya) 2:0, 0:2, p. - 4:5
2024/25 Avropa Liqası Şerif (Moldova) – Zirə 0:1, 2:1, p. – 5:4