Bacardığımız budu: 9 penalti seriyası, 9 məğlubiyyət!

19.08.2023 17:53 293
Konfrans Liqası
İş penalti seriyasına qədər uzandısa, Azərbaycan klubları üçün avrokubok mübarizəsi bitir.

Təəssüf ki, “Sabah” da srağagün bu arzuolunmaz tendensiyaya son qoya bilmədi.

Artıq tarixə qovuşan “Bakı fəhləsi” 1998-ci ildə bu uğursuz seriyanın əsasını qoyub. Adı çəkilən komanda ilə yanaşı, “Bakı”, “İnter” (“Keşlə” ilə birgə 4 dəfə!), “Qarabağ” (2 dəfə) və nəhayət, “Sabah” “lotereya”dan məğlub ayrılıb.

“Atalar üçdən deyib” məsəli artıq işləmir. Bəlkə atalar ondan deyib?

1998/99 İK İnkaras (Litva) – Bakı fəhləsi 1:0, 0:1, p. - 5:4
2007/08 İK Bakı – Daçiya (Moldova) 1:1, 1:1, p. - 1:3
2012/13 AL İnter – Asteras Tripolis (Yunanıstan) 1:1, 1:1, p. - 2:4
2010/11 ÇL İnter – Lex (Polşa) 0:1, 1:0, p. - 8:9
2014/15 AL Elfsborq (İsveç) – İnter 0:1, 1:0, p. - 4:3
2020/21 AL Keşlə - Laçi (Albaniya) 0:0, p. - 4:5
2020/21 ÇL Qarabağ – Molde (Norveç) 0:0, p. - 5:6
2022/23 KL Qarabağ – Gent (Belçika) 1:0, 0:1, p. - 3:5
2023/24 KL Sabah – Partizan (Serbiya) 2:0, 0:2, p. - 4:5