Prezident Modriçə nə söz verib?

21.04.2023 20:30 276
Dünya futbolu
Luka Modriç gələn mövsüm də “Real”da oynayacaq.

"Football-plus.az" xəbər verir ki, bu barədə ona şəxsən klubun prezidenti Florentino Peres söz verib. Modriçlə müddəti gələn mövsümün sonuna qədər nəzərdə tutulan yeni müqavilə imzalanacaq. 37 yaşlı xorvat yarımmüdafiəçi karyerasını “kral klubu”da başa vurmaq arzusunu dəfələrlə dilə gətirib.

Luka bu mövsüm La Liqada 26 oyuna çıxıb, 4 qol vurub və 3 qolun ötürməsini verib. O, “Real”da 2012-ci ildən çıxış edir.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul