Xerardo Martino komandasının Lionel Messi ilə daha güclü olduğunu etiraf edib.
“İnter Mayami”nin argentinalı baş məşqçisi həmyerlisinin liderlik keyfiyyətini qabardıb:
“Biz yaxşı bilirdik ki, hansısa məqamda onu əvəzləmək lazım gələcək. Onu da bilirik ki, Messi meydanda olanda komandamız daha yaxşı oynayır. Lionel bizim bayrağımızdı. O, komandanı arxasınca aparır. O, bizim əsas qəhrəmanımızdı, biz isə ikinci dərəcəli aktyorlarıq”.