“Linkoln” - "Qarabağ" oyunu üçün hakim təyinatları

18.07.2024 17:49 357
Ölkə futbolu
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Linkoln” (Cəbəllütariq) - "Qarabağ" ilk oyunu üçün hakim təyinatı açıqlanıb.

Matç Macarıstan Futbol Federasiyasından olan hakimlər briqadasına həvalə edilib. Görüşü İstvan Vad idarə edəcək. Vencel Tot və İştvan Albert köməkçi hakimlər, Bence Şonka isə dördüncü hakim olacaq.

Qeyd edək ki, iyulun 23-də Cəbəllütariqdəki “Europa Point Stadium” keçiriləcək "Linkoln" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.