AFFA "İrəvan"ı bütün yarışlardan uzaqlaşdırıldı

12.07.2024 17:30 346
Ölkə futbolu
Ötən mövsüm 1-ci liqada mübarizə aparmış "İrəvan"la bağlı qərar verilib.

"Football-plus.az" xəbər verir ki, klub AFFA-nın bayrağı altında təşkil olunan bütün yarışlardan uzaqlaşdırılıb. Bu barədə AFFA-nın baş icraçı-vitse prezidenti Sərxan Hacıyev İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından sonra jurnalistlərə açıqlamasında bildirib:

"Əsas səbəblərdən biri maliyyə ilə bağlı olan qeyri-stabillik və danışılmış oyunlardı. "İrəvan"ın 8 futbolçusunun adı bu məsələdə hallanırdı. Adıçəkilən klubun əvəzinə hansı komandanın olacağına gəldikdə isə, PFL-lə birlikdə danışıqlar aparılacaq və yaxın zamanlarda açıqlama veriləcək”.