“Barselona”nın gənc oyunçusu Pablo Torre məşq zamanı ciddi zədə alıb.
"Football-plus.az" xəbər verir ki, onun sol əlinin beşinci metakarpal sümüyü sınıb. 21 yaşlı mərkəz yarımmüdafiəçisi yaxın günlərdə klub həkiminin nəzarəti altında əməliyyat olunacaq. Əməliyyatdan sonra Kataloniya klubunun mətbuat xidməti əlavə olaraq Torrenin səhhəti haqda məlumat verəcək.
Qeyd edək ki, Pablo icarə əsasında oynadığı “Jirona”dan bu yay “Barselona”ya qayıdıb.