40 milyon avroluq futbolçu ağır zədə aldı

17.08.2023 22:58 214
Dünya futbolu
“Arsenal”ın yeni oyunçusu Yurryen Timber ağır zədə alıb.

"Football-plus.az" xəbər verir ki, İngiltərə klubunun saytının məlumatına görə, 22 yaşlı sağ cinah müdafiəçisinə sağ dizin ön çarpaz bağının qırılması diaqnozu qoyulub. Premyer-liqanın 1-ci turunun “Nottingem Forest” ilə oyununda (2:1) sıradan çıxan Yurryen yaxın günlərdə əməliyyat olunacaq. Onun təxminən 6-9 ay futbol oynamayacağı ehtmal olunur.

Timber “Arsenal”a bu yay “Ayaks”dan keçib. İngiltərə klubu onun transferi üçün 40 milyon avro ödəyib.