COP-29 tədbiri premyer-liqanın oyunlarına təsir göstərəcək?

16.07.2024 17:35 298
Ölkə futbolu
Bu ilin noyabrında Bakıda keçiriləcək COP-29 tədbiri Misli premyer-liqasının oyunlarına təsir göstərməyəcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov ölkə çempionatının püşkatma mərasimində deyib.

Qurum rəsmisi həmin müddətdə ölkə daxili yarışların keçirilməyəcəyini bildirib:

“Biz bu məsələni hələ keçən mövsümün gedişindən müzakirə edirik. COP-29 vaxtı 1-ci liqa, 2-ci liqa, Əvəzedicilər Liqası və ölkə kubokunun oyunları keçirilməyəcək. Premyer-liqaya gəldikdə isə, xoş təsadüfdən həmin vaxt çempionatda milli komandaların oyunlarına görə fasilə olacaq. Yəni COP29 Misli premyer-liqasına hər hansı təsir göstərməyəcək. Bütün bunlar təqvimdə əksini tapacaq”.