Premyer-liqada yeni mövsümün püşkatma mərasiminin vaxtı bəllidi

24.06.2024 12:06 255
Ölkə futbolu
Misli premyer-liqasında 2024/25 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Tədbir iyulun 16-da AFFA-nın inzibati binasında baş tutacaq.

Qeyd edək ki, premyer-liqanın yeni mövsümü avqustun 2-də start götürəcək.