2-ci liqada çıxış edəcək 2 komandanın stadionu bəlli deyil

22.08.2023 15:45 263
II liqa
Ölkə çempionatında çıxış edəcək 2 komandanın stadionu bəlli deyil.

"Football-plus.az" xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov 1-ci və 2-ci liqanın püşkatma mərasimində deyib.

Qurum rəsmisi 2-ci liqada mübarizə aparacaq “Qusar” və “Dinamo”nun ev oyunlarını harada keçirəcəklərinə hələ aydınlıq gəlmədiyini söyləyib. 1-ci liqanın iştirakçısı “Qaradağ Lökbatan” isə rəqiblərini Bakı Olimpiya Stadionunun ehtiyat meydanında qəbul edəcək.

Qeyd edək ki, 2-ci liqa sentyarın 4-də, 1-ci liqa isə sentyabrın 13-də başlayacaq.