Gəncəlilər indiyə qədər “Turan Tovuz”la yoxlama görüşünə çıxaraq 0:4 hesabı ilə uduzub. Növbəti dəfə “Şamaxı” ilə qarşılaşacaq “sarı-göylər”in üçüncü rəqibi də dəqiqləşib. Bunun “Al Yarmuk” olacağı iddia edilir. Qəbələdə təlim-məşq toplanışı keçəcək Küveyt klubu “sarı-göylər” üçün yaxşı variantdı. Ərəblər hələ ayın 20-si Qəbələyə təşrif buyuracağı üçün görüşün bundan sonraki günlərə salınacağı gözlənilir. Onu da bildirək ki, “Kəpəz”in adı çəkilən rəqibi iyulun 31-ə qədər qonaq olacaq.
Ətraflı məlumat üçün Gəncə klubunun mətbuat xidmətinin rəhbəri Azad Mustafayevlə əlaqə saxladıq:
“Bəli, “Al Yumruk”la oynayacağıq. Oyun Gəncədə olacaq. Daha iki yoxlama oyunu olacaq. Amma dəqiqləşməyib”.
Qeyd edək ki, Adil Şükürovun komandası iyulun 15-də Qəbələdə “Şamaxı” ilə qarşılaşacaq. Oyun saat 17.30-da başlayacaq.
RÖYANƏ OĞUZ






