“Səbail”dən ayrılıb Kiprə getdi

14.07.2024 18:57 267
Ölkə futbolu / Dünya futbolu
"Səbail"dən ayrılan Silvayin Deslandesin yeni klubu bəlli olub.

“Football-plis.az” xəbər verir ki, fransalı müdafiəçi Kiprdə çıxış edəcək. 27 yaşlı futbolçu "Omoniya 29 Maiou" klubuna keçib. Bu barədə 1-ci liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Silvayn Deslandes ötən ilin sentyabrından bu ilin mayına qədər "Səbail"də çıxış edib. O, "dənizçilər"in heyətində 26 oyuna çıxıb.