Kosovanın paytaxtı Priştina şəhərində 16 yaşlı oğlanlar arasında basketbol üzrə Avropa çempionatı keçirilir.
"Football-plus.az" xəbər verir ki, "C" divizionunun B qrupunda yer alan Azərbaycan millisi 2-ci matçında Ermənistanla üz-üzə gəlib. Basketbolçularımız rəqibini darmadağın etməyi bacarıb - 92:58. Yığmamız növbəti oyunda Albaniya seçməsi ilə qarşılaşacaq.