Ramil "Kocaelispor"a 70 min avro "bağışlayıb" "Neftçi"ylə anlaşdı

12.07.2024 20:02 1 217
Ölkə futbolu / Manşet
Ramil Şeydayev Türkiyənin 1-ci liqa təmsilçisi "Kocaelispor"dan ayrılıb.

"Özgür Kocaeli" nəşrinin məlumatına görə, 28 yaşlı hücumçu "Topuk Yaylası"nda hazırlıq keçən komandanın düşərgəsini tərk edib.

Yığmamızın hücumçusu alacağı 140 min avronun yarısından imtina edərək klubla vidalaşıb.

Futbolçunun bu addımı dünən atdığı və "Neftçi"ylə anlaşdığı bildirilir.