Niderland AÇ-2024-ün 1/4 finalında Türkiyə üzərində əzmkar qələbə qazandı.
''Zambaqlar ölkəsi'' qitə turnirində 20 ildən sonra yarımfinala yüksəldi. Niderlandlıların baş məşqçisi Ronald Kumanın oyunsonrası açıqlaması diqqət çəkdi. Təcrübəli mütəxəssisin sözündən belə başa düşmək olar ki, o, Türkiyəyə kiçik futbol ölkəsi kimi baxır:
''İlk yarının gedişində oyunun ipini əldən buraxdıq. Türkiyə çox istəkli idi və yüksək ustalıq nümayiş etdirərək qol vurdular. Qoldan sonra daha da inamlı oynamağa başladılar. Həmin an mənə aydın oldu ki, oyunu yalnız əvəzetmələrlə çevirə bilərik. Veqhorstu meydana buraxmaqla cinah hücumlarına, asmalara daha çox bel bağlamağa başladıq. Bu da bəhrəsini verdi. Hər zaman özünə qarşı tənqidi olmağı bacarmaq lazımdı. Bu günkü oyun bir daha göstərdi ki, futbolda kiçik ölkələr olmur. Qələbə üçün hər zaman mübarizə aparmaq, döyüşmək və yaxşı oynamaq lazım gəlir. Çətin anlarımız olsa da, bunun öhdəsindən gəlməyi bacardıq. Bu turnirdə yarımfinala qədər irəliləyəcəyimizi az adam proqnozlaşdırardı. Bütün ölkə bu komanda ilə fəxr etməlidi''.
ƏLİ