Türkiyə yığması bu gün AÇ-2024-də növbəti oyununa çıxacaq.
Qardaş ölkənin komandası 1/4 finalda güclü Niderland yığması ilə qarşılaşacaq. Niderlandlıların təcrübəli baş məşqçisi Ronald Kumanın mətbuat konfransında oyun barədə dediyi sözlərlə tanış olaq:
''Biz rəqibə yox özümüzə köklənməliyik. Ən önəmli şey öz oyunumuzu oynamaq və məğlub olmamaqdı. Gücümüzü göstərməliyik. Bu ana qədər bunu etməyi bacarmışıq. Özümüzə güvənirik. Amma asan oyun olmayacaq. Əvvəllər də klub və yığma səviyyəsində Türkiyə komandaları ilə bir neçə dəfə qarşılaşmışıq. Hamısında da fanatlar əla atmosfer yaradıb. Türkiyəli fanatların səsini azaltmaq üçün topu özümüzdə saxlamalı və oyuna nəzarət etməliyik. Həm soyuqqanlılığımızı, həm də ciddiliyimizi sona qədər qorumalıyıq. Qarşımızda çox istəkli və yaxşı oynayan bir rəqib olacaq. Amma hamımız bilirik ki, onların müdafiəsində bəzən boşluqlar yaranır. Biz də bundan istifadə etməyə çalışmalıyıq''.
ƏLİ