Bu gün Türkiyə yığması AÇ-2024-ün seçmə mərhələsində son oyununa çıxacaq.
"Football-plus.az" xəbər verir ki, artıq final mərhələsinə vəsiqəni təmin edən qardaş ölkənin komandası səfərdə Uels ilə qarşılaşacaq. Türkiyəyə tarixində ilk dəfə AÇ-nin seçmə mərhələsini lider bitirmək üçün 1 xal qazanmaq kifayət edəcək. Bu arada Uelsin baş məşqçisi Rob Peyg oyunöncəsi mətbuat konfransında açıqlamalar verib. Türkiyəyə tərif yağdıran mütəxəssis bunları deyib:
''Məşqçi dəyişikliyindən sonra Türkiyə fərqli sistemlə oynamağa başladı. Həm toplu, həm də topsuz oyunda başqa cür oynayırlar. Bu üzdən bizi çox çətin oyun gözləyir. Onlara problem yaradacaq taktikanı müəyyənləşdirməyə çalışırıq. İlk görüşdə bizi 2:0 yenmişdilər. Amma həmin vaxtla müqayisədə indi daha yaxşı durumdayıq. Heyətdə problemimiz yoxdu. Bu dəfə Türkiyənin qarşısına daha hazır və yaxşı vəziyyətdə çıxacağıq. Hakan Çalhanoğlu və Cengiz Ündərin olmamasının Türkiyə üçün problem yaradacağını düşünmürəm. Onların Almaniyaya qarşı keçirdikləri son matçı izlədim. Bu iki futbolçu olmadan da çox gözəl oynadılar. Onların yerinə oynayanlar əla performans sərgilədilər. Türkiyə komanda şəklində inanılmaz təsir bağışladı. Bizə qarşı hansı heyətlə çıxacaqlarını bilmirəm, amma hər heyətə hazır olmalıyıq''.
ƏLİ