• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qalatasaray” fanatı oğluna “Nuri İkardi” adını verdi - ərəblər yenə argentinalı forvardın arxasınca düşüb

Dünya futbolu

5-07-2024, 18:0

“Qalatasaray” fanatlarının Mauro İkardiyə olan heyranlığı sərhəd tanımır.

Balıkəsirin Susurluq qəsəbəsində 8 ildi restoran işlədən Sərdar Aygörmüş çılğın “Qalatasaray” fanatı kimi tanınır. O, komandanın heç bir oyununu qaçırmır. Sərdar Aygörmüş ötən il suriyaəsilli Manel Aygörmüş ilə ailə həyatı qrmuşdu. “Qalatasaray”ın və xüsusilə də İkardinin fanatı olan Sərdarın 3 ay öncə oğlu dünyaya göz açıb. Hər yerdə “sarı-qırmızılar”a qəlbən bağlı olduğunu göstərməyə çalışan Aygörmüş yeni doğulan oğluna “Nuri İkardi” adını verib! Artıq oğlunun bütün sənədlərində məhz bu ad qeyd olunub. Ailəsi və yaxınları əvvəlcə buna qarşı çıxsalar da, sonradan bu ada öyrəşiblər. Türkiyə mətbuatına açıqlamalar verən Sərdar Aygörmüş bunları deyib:

“Uşaqlığımdan bəri fanatik “Qalatasaray”lıyam. Övladıma komanda ilə bağlı ad qoymaq həmişə mənim arzum idi. Ona görə də oğlum olandan sonra ona İkardinin adını vermək, komandaya olan bağlılığımı bu şəkildə göstərmək istədim. Nuri İkardi ilə birlikdə televizordan “Qalatasaray”ın oyunlarını izləyirik. Oğlum gələcəyin “Qalatasaray”lı ulduz futbolçusu olacaq. Gələcəkdə İkardinin yerinə məhz Nuri İkardi qolları vuracaq. Oğlumun 1 yaşı tamam olduqdan sonra onunla İstanbula gedib “Qalatasaray”ın oyunlarını birlikdə stadiondan izləyəcəyik. Oğlumun adını verdiyim İkardi kimi uğurlu olması üçün əlimdən gələni edəcəm”.

İkardinin özünə gəlincə, onunla bağlı növbəti dəfə diqqətçəkən bir transfer xəbəri yayılıb. İtaliya mətbuatının iddiasına görə “Əl-Kədisiyə” argentinalı forvarda görə ciddi büdcə ayırıb. Yeni mövsümdə Səudiyyə Ərəbistanının elitasında çıxış edəcək bu kollektiv təcrübəli hücumçuya 2 il üçün bonuslarla birlikdə 50 milyon avro (!) maaş təklif edib. Yaxşı maliyyə dəstəyi olan və bir ara baş məşqçi postuna Joze Mourinyonu gətirmək istəyən “Əl-Kədisiyə” bugünlərdə “Real”dan ayrılan Naço Fernandesi heyətinə qatıb. İkardiyə ötən yay da Səudiyyə Ərəbistanından başgicəlləndirici təkliflər gəlmiş, amma o, İstanbulda qalmağa üstünlük vermişdi.

Şayiələrə inansaq, İkardi bu çılğın təklifdən sonra düşünmək üçün vaxt istəyib. Başqan Dursun Özbək dünən “Ekol TV” kanalına açıqlamasında “İkardiyə görə bizə heç bir rəsmi təklif gəlməyib” açıqlamasını verib. 31 yaşlı hücumçu indiyə qədər “Cim-Bom”da 73 rəsmi oyunda 55 qol, 20 məhsuldar ötürməlik mükəmməl performans sərgiləyib. Hazırda o, klub tarixinin ən məhsuldar oyunçuları siyahısında yalnız Milan Baroşla (61) George Hacidən (72) geri qalır. Mauronun “sarı-qırmızılar”la 2026-ya qədər müqaviləsi var.

Paylaş:
Digər xəbərlər

Maraqlı

14-06-2023, 14:0

Fanatlardan biri oğluna İkardinin adını qoydu!

Dünya futbolu

20-06-2023, 20:0

''Qalatasaray'' rəhbərliyi İkardiyə görə bunu da etdi

Dünya futbolu

24-10-2023, 16:0

Tuxel İkardi və ''Qalatasaray'' haqda nə dedi?

Dünya futbolu

27-01-2023, 21:0

İkardi Naraya “cavab atəşi açıb”

Dünya futbolu

10-06-2023, 15:0

PSJ İkardiyə görə nə qədər pul tələb edir?

Dünya futbolu

29-07-2023, 14:0

''Qalatasaray'' İkardiyə qovuşdu

Aktual
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
“Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
“Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
“Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
“Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
Son xəbərlər
  • Dünən, 23:49
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 23:18
    Liverpula yollanmağa yaxındı
  • Dünən, 22:57
    “Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
  • Dünən, 22:24
    “Bu sual mənə ünvanlanmamalıdı” – Kurban Berdıyev
  • Dünən, 22:09
    “Biz bu heyətlə ilk oyunumuzu keçirirdik” – Kaxaber Sxadadze
  • Dünən, 22:03
    Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
  • Dünən, 21:37
    "Neftçi" Farajı Tunis klubuna satdı - RƏSMİ
  • Dünən, 21:27
    "Turan Tovuz" mövsümün ilk matçında qalib gəldi
  • Dünən, 21:02
    Millimiz Bosniya və Herseqovinaya qalib gəldi
  • Dünən, 20:55
    Əliyar Ağayev Mahirin komandasının oyununu idarə edəcək
  • Dünən, 20:27
    MY-yə yenə gərək olmadı
  • Dünən, 19:56
    Barselonadan Parisə üz tutacaq
  • Dünən, 19:25
    ''Fulhem'' təyyarəyə gecikməmək üçün meydandan çəkildi, ''Malaqa'' boş qapıya penalti vurdu!
  • Dünən, 18:54
    U-17 və Gənclər Liqasında püşk atıldı
  • Dünən, 18:33
    "Turan Tovuz" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 18:12
    “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - Ayxan Abbasov
  • Dünən, 17:51
    “Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
  • Dünən, 17:20
    “Nyukasl” daha bir oyunçusunu itirdi
  • Dünən, 16:59
    Doğma klubuna sadiq qaldı
  • Dünən, 16:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 16:26
    "Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi
  • Dünən, 15:55
    “Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
  • Dünən, 15:34
    "Sabah" təsnifat mərhələlərində ən çox qələbə qazanan komandadı!
  • Dünən, 15:06
    "Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik" - Murad Məmmədov
  • Dünən, 15:03
    "Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq
  • Dünən, 14:58
    Yalnız Valdas Dambrauskasla Yuri Vernidub tam razıdı – ANKET-SORĞU
  • Dünən, 14:45
    İdmançımız 1/4 finalda - AÇ
  • Dünən, 14:27
    "Qarabağ" - "Tvente" oyunu norveçlilərə tapşırıldı
  • Dünən, 14:02
    Niderland yığmasında yeni baş məşqçi
  • Dünən, 13:47
    Fidan Qurbanlı çıxışını 43-cü sırada başa vurdu - DÇ
  • Dünən, 13:42
    "Xankəndi"də icraçı direktor vəzifəsinə təyinat - FOTO
  • Dünən, 13:38
    "Baku Sportinq" 2-ci liqanın debütantına uduzdu
  • Dünən, 13:35
    "Sumqayıt" Ronaldo ilə yeni müqavilə imzaladı
  • Dünən, 13:29
    “Qarabağ”ın qələbəsi UEFA əmsalımızı artırdı
  • Dünən, 13:24
    "Sabah" ABŞ-dən oyunçu transfer etdi
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 134
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə