Ötən mövsüm “Füzuli”də forma geyən Elvin Nəsibov özünə yeni klub axtarır.
Növbəti mövsüm 1-ci liqada mübarizə aparmaq istəyində olan futbolçuya təkliflər də var. Belə ki, “Baki Sportinq” ona dəvət göndərsə də, tərəflər anlaşa bilməyib. Bəs Elvin “Füzuli”dən ayrılmaq qərarını veribmi? Nəsibovun “Football-plus.az”a açıqlaması:
“Hazırda “Füzuli”dən ayrılmamışam. Amma digər seçimləri nəzərdən keçirirəm. Bəli, bunlar arasında “Bakı Sportinq” də var idi. Sadəcə, maliyyə məsələsində anlaşa bilmədik. Yəni mən məbləğ dedim, yəqin onları qane etmədi. Mənim üçün bu amil əsas rol oynayır. İstədiyim məbləği verən klub olsa, razılaşacam. Həm də 1-ci liqa klubları istəyirəm. Həm şərait, həm də maliyyə vəziyyəti yaxşı olsun. Hazırda 1-ci və 2-ci liqa komandalarından danışıq apardığım var. Deyilən şərtlər ürəyimcə olmasa, burda qala bilərəm. Amma tələblərimi “Füzuli” rəhbərliyinə də demişəm. Yaxın müddətə dəqiqləşdirəcəm”.
RÖYANƏ OĞUZ