"Qarabağ" Avstriyaya yollandı

5.07.2024 12:28 323
Ölkə futbolu
"Qarabağ" təlim-məşq toplanışı üçün Avstriyaya yola düşüb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ağdam təmsilçisi toplanış çərçivəsində iyulun 9-da, saat 14.30-da "Kayzerslautern" (Almaniya), 20.00-da isə "Viktoriya" (Plzen, Çexiya) klubları ilə üz-üzə gələcək.

Qurban Qurbanovun komandasının Tirolda 4 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub.