“Qarabağ” Bolqarıstan klubu ilə üz-üzə gələcək

22.06.2023 12:37 1 957
Ölkə futbolu / Manşet
"Qarabağ" 2023/24 mövsümünün hazırlığının ikinci mərhələsi üçün bu gün Avstriyaya yollanıb.

“Football-plus.az” xəbər verir ki, Ağdam təmsilçisi orda üç yoxlama keçirəcək. “Köhlən atlar” Avstriyada iyunun 27-də "Ferentsvaroş" (Macarıstan), iyulun 1-i isə "Legiya" (Polşa) ilə üz-üzə gələcək.

Qurban Qurbanovun komandasının Tirolda qarşılaşacağı daha bir rəqib bəlli olub. Redaksiyamıza daxil olan məlumata görə, bu Bolqarıstan ÇSKA-sı olacaq. Görüşün başlama vaxt hələ ki bəlli deyil.

İLKİN SULTANLI