İyunun 22-də yay təlim-məşq toplanışı üçün Avstriyaya yola düşəcək "Qarabağ" hazırlıq zamanı 3 yoxlama oyunu keçirəcək.
“Football-plus.az” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komanda iyunun 27-də "Ferentsvaroş" (Macarıstan), iyulun 1-i isə "Legiya" (Polşa) ilə üz-üzə gələcək. 3-cü yoldaşlıq oyunundakı rəqibin və həmin matçın vaxtı barədə daha sonra məlumat veriləcəyi qeyd olunub.