“Araz-Naxçıvan” mübarizəyə ilkin mərhələdən başlayacaq

29.06.2023 16:34 235
Çempionlar Liqası
Çempionlar Liqasının 2023/24 mövsümünün püşkatma tarixi, eləcə də reqlamenti açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, 51 ölkəni təmsil edən 55 klub qalib adı uğrunda mübarizə aparacaq. İlkin və əsas mərhələnin püşkü iyulun 5-də atılacaq.
Artıq iştirakçı klubların reytinq cədvəli açıqlanıb. 23-cü pillədə yer alan ölkə çempionu “Araz-Naxçıvan” mübarizəyə ilkin mərhələdən start verəcək. Bu mərhələdə 32 komanda 8 qrupda yarışacaq. Yalnız öz qrupunda birinci pilləni tutacaq komandalar və ən yaxşı göstəriciyə malik ikinci pillənin sahibi (ümumilikdə 9 komanda) əsas mərhələyə vəsiqə qazanacaq.

İlkin mərhələnin səbətləri (22-27 avqust)


1-ci səbət (ev sahibləri)

Lubaua (Polşa 1)

Luçeneç (Slovakiya 1)

Doukas (Yunanıstan 1)

Riqa (Latviya 2)

Titoqrad (Monteneqro 2)

Tirana (Albaniya, 2)

Amiqo Northvest (Bolqarıstan 3)

AEL Limassol (Kipr 3)



2-ci səbət (qrupda 4-cüləri)

Blumsbury Futsal (İngiltərə)

PYF Saltires (Şotlandiya)

ASA Tel Aviv Ouls (İsrail)

İstanbul Şişli (Türkiyə)

Sparta Belfast (Şimali İrlandiya)

Folqore (San-Marino)

İsbjorninn (İslandiya)

Avropa (Cəbəllütarıq)


3-cü səbət (qrupda 3-cülər)
Georgians (Gürcüstan)

Enkamp (Andorra)

Nisturu Kişinyov (Moldova)

Jahn Regensburq (Almaniya)

Utleira İdrettslaq (Norveç)

Cefn Druids (Uels)



4-cü səbət (qrupda 2-cilər)

Diamant Linz (Avstriya)

Pristina (Kosovo)

Yerevan Futsal (Ermənistan)

Kosmos Tallin (Estoniya)

Blue Magic FC Dublin (İrlandiya)



5-ci səbət (qrupda 1-cilər)

Araz-Naxçıvan (Azərbaycan)

Futsal Minerva (İsveçrə)

Örebro (İsveç)

Eindhoven (Niderland)

Radnik Bijeljina (Bosniya və Herseqovina)

Qeyd: UEFA İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan və Ermənistanı, eləcə də Kosovo və Bosniya və Herseqovinanı təmsil edən klubları eyni qrupda yer ala bilməzlər. Bu mərhələdən əsas mərhələyə yüksələcək komandalar B yolunda yer alacaqlar.





Əsas mərhələnin oyunları 24-29 oktyabr tarixlərində keçiriləcək. Dörd ölkə - İspaniya, Portuqaliya, Qazaxıstan və Xorvatiya – hər biri iki klubla təmsil olunacaq. Xorvatiyanın bu şansı qazanması Rusiyanın FİFA və UEFA tərəfindən cəzalandırılması ilə bağlıdır.

B yolu
B yolunda reytinq cədvəlinin 12-15 və 20-22-ci pillələrində yer alan komandalar, eləcə də ilkin mərhələdən vəsiqə qazanacaq 9 klub yarışacaq. Ümumilikdə 16 komandanın yer aldığı B qrupunda 16 komanda hər birində 4 iştirakçı olmaqla 4 qrupda yarışacaq. Ancaq qrup qalibləri elit-raunda yüksələcək.


6-cı səbət (ilkin mərhələ qalibləri, 3-4)

A qrupunun qalibi

B qrupunun qalibi

C qrupunun qalibi

D qrupunun qalibi

E qrupunun qalibi

F qrupunun qalibi

G qrupunun qalibi

H qrupunun qalibi

Ən yaxşı ikinci pilləni tutan 1 komanda



7-ci səbət (qrupda 2-cilər)

Kampuksen Dinamo (Finlandiya)

Futsal Gentofte (Danimarka)

Stalitsa Minsk (Belarus)



8-ci səbət (qrupda 1-cilər)

Kaunas Jalgiris (Litva)

Plzen (Çexiya)

Citta di Eboli (İtaliya)

Futsal Dinamo (Xorvatiya)