"Araz Naxçıvan"ın rəqibləri bəlli oldu

7.07.2022 19:16 403
Ölkə futbolu
Bu gün UEFA Çempionlar Liqasının 2022/23-cü il mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılıb.

"Football-plus.az" xəbər verir ki, mübarizəyə əsas mərhələdən start verəcək “Araz Naxçıvan” B yolunda yarışacaq. 5-ci qrupda yer alan ölkə çempionu “Mostar”, ilkin mərhələdə D və F qrupunun qalibi ilə üz-üzə gələcək. Bu qrupun oyunları 25-30 oktyabr tarixlərində Bosniya və Herseqovinada keçiriləcək.

İlkin mərhələnin D qrupunda: Minerva (İsveçrə), Loznika Qrad (Serbiya), Vesteralen Futzal (Norveç), Folqare (San Marino), F qrupunda isə Georgians (Gürcüstan), Ştutqart (Almaniya), Orebro (İsveç), İstanbul Şişli (Türkiyə) komandalar yarışacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqası ilkin, əsas, elit və “Dördlər finalı” mərhələlərindən ibarət olacaq, mini-turnir şəklində keçiriləcək. UEFA-nın milli komandalar üçün açıqlanan reytin cədvəlində üst sıralarda yer alan Portuqaliya, İspaniya, Qazaxıstan və Xorvatiyanın hər biri 2, qalan ölkələr bir komanda ilə təmsil olunacaq, ümumilikdə 52 federasiyadan 56 komanda iştirak edəcək. Xorvatiya üçün bu şansın yaranmasına səbəb reytinq cədvəlinin 2-ci pilləsində yer alan Rusiya millisinin və klublarının UEFA bayrağı altında 2022/23-cü il mövsümündə təşkil olunacaq yarışlardan kənarlaşdırılması oldu.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul