“İrəvan”ın futbolçularına vəkil də kömək edə bilmədi?

4.07.2024 00:18 381
Ölkə futbolu / Manşet
Məlum olduğu kimi, AFFA İntizam Komitəsinin qərarı ilə “İrəvan”ın iki oyunçusu futboldan uzaqlaşdırıdı.

Belə ki, Ege Atlam danışılmış oyunlarda iştiraka görə ömürlük, Kamal Mirzəyev isə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə biri şərti olmaqla 2 illiyə futboldan kənarlaşdırıldı. Lakin buna etiraz olaraq futbolçuların vəkili Elcan Həsənli apellyasiya şikayəti verdi. Daha sonra futbolçuların İsveçrədəki İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək şansı var idi. Bəs proses necə inkişaf edir?

Bununla bağlı bilgi almaq üçün futbolçuların vəkili Elcan Həsənli ilə əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı isə belə oldu:
“Biz apellyasiya şikayəti versək də, istəyimiz qəbul olunmadı. CAS-a müraciət etmək istədik. 10 gün zamanımız var idi. Kamal Mirzəyev bunun üçün lazım olacaq xərclərin çox olduğunu bildirərək imtina etdi. Nəticədə biz İşveçrədəki məhkəməyə müraciət etmədik. AFFA-nın verdiyi qərar qüvvədə qaldı”.


RÖYANƏ OĞUZ