“Qəbələ”nin fasilə ilə bağlı əlahiddə planı yoxdu

18.02.2024 17:51 240
Premyer-liqa / Manşet
Misli premyer-liqasında 23-cü turun "Qəbələ" - "Qarabağ" oyununun fevralın 18-də keçirilməsi nəzərdə tutulurdu.

Lakin klubların qarşılıqlı razılığını, eləcə də ağdamlıların “Braqa” ilə oyuna daha rahat hazırlaşmaq niyyətini nəzərə alan PFL təxirəsalmaya qərar verdi. Bu qarşılaşma fevralın 28-i, saat 19.00-da Qəbələ şəhər stadionunda başlayacaq. Görəsən, "Qəbələ" bu fasilədən necə yararlanacaq? Hansısa rəqiblə yoxlama oyunu və ya ikitərəfli oyun nəzərdə tutulubmu? “Football-plus.az” bu suallarla klubun mətbuat xidmətinin rəhbəri Asəf Zeynallıya müraciət etdi:

"Xeyr, hazırlıq matçı nəzərdə tutulmayıb. Komanda "Kəpəz"lə oyuna hazırlığı Bakıda davam etdirir. Bir-iki gün sonra Qəbələyə yollanacaqlar".

GÜNAY SÜLEYMANOVA