Foden yığmadan niyə ayrılıb?

28.06.2024 22:40 307
AÇ
Filip Foden müvəqqəti olaraq İngiltərə millisinin düşərgəni tərk edib.

“Football-plus.az” xəbər verir ki, italiyalı jurnalist Fabritsio Romanonun yaydığı xəbərə görə, 24 yaşlı futbolçu ailə işləri ilə əlaqədar təcili olaraq ölkəsinə qayıdıb. Bu məlumatı İngiltərə Futbol Assosiasiyası təsdiqləyib.

İngiltərə yığması AÇ-2024-ün 3-cü turunun oyununda Sloveniya ilə heç-heçə (0:0) edib. 5 xal toplayan Qaret Sautqeytin komandası C qrupunda 1-ci yeri tutaraq pley-offa çıxıb. İngiltərə 1/8 finalda Slovakiya ilə qarşılaşacaq.