İngiltərənin qrupunda AÇ-nin antirekordu təkrarlandı!

27.06.2024 12:17 314
Dünya futbolu
AÇ-2024 davam edir. Srağagün daha iki qrupda ilk iki pilləni tutaraq pley-offa vəsiqə qazananlar bəlli oldu. C qrupunda həm İngiltərə - Sloveniya, həm də Danimarka - Serbiya oyunları qolsuz başa çatdı. Bu qrupu İngiltərə 5 xalla 1-ci, Sloveniya isə əlavə göstəricilər sayəsində 3 xalla 2-ci pillədə bitirdi.

Bu qrup turnirin tarixinə düşdü. Belə ki, 6 oyunda qapılara cəmi 7 qol vuruldu ki, bu da antirekordun təkrarlanması deməkdi. 7 qoldan 2-ni İngiltərə, 2-ni Sloveniya, 2-ni Danimarka və 1-ni Serbiya vurdu. Daha öncə AÇ tarixində yalnız bir dəfə bir qrupda bu qədər az qolun vurulması faktına rast gəlinmişdi. Bu hadisə AÇ-2016-nın C qrupunda baş vermişdi. Həmin vaxt Almaniya 3, Polşa və Şimali İrlandiya 2 qol vurmuşdusa, Ukrayna qrupu qolsuz tamamlamışdı.

Maraqlıdı ki, İngiltərə ardıcıl 2-ci dəfə AÇ-də qrupu 2 qolla başa vurmasına baxmayaraq hər iki qrupu lider kimi tamamlamağı bacarıb.

ƏLİ