Xorvatiyalı oyunçu “Sabah”a neçəyə başa gəlib?

28.06.2024 18:10 376
Premyer-liqa / Manşet
Konfrans Liqasında mübarizə aparacaq “Sabah” həmçinin növbəti mövsümə ciddi hazırlaşır.

Belə ki, “bayquşlar” klub tarixinin ən məhsuldar futbolçusu Coy-Lens Mikelsin ardından “Slaven Belupo”dan transfer olunan 24 yaşlı xorvatiyalı dayaq yarımmüdafiəçisi İvan Lepinitsa ilə "3+1" illik müqavilə imzaladı. Xorvatiya mətbuatının yaydığı məlumata görə futbolçunun transferi Masazır təmsilçisinə 500 min avroya başa gəlib.

Xatırladaq ki, geridə qalan mövsüm ərzində “Slaven Belupo”nun heyətində 22 oyuna çıxan İvan 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

KAMAL SƏFƏR