Artıq 17 yaşda da dünya çempionatına qatılmaq mümkün olacaq

25.06.2024 22:30 280
İdman
Beynəlxalq Avtomobil Federasiyası (FIA) pilotların suprerlisenziya alması üçün tələbləri dəyişib.

“Football-plus.az” xəbər verir ki, Reqlamentə edilən dəyişiklikdə belə deyilir:
“Pilot birnəfərlik bolidlərdə yarışlar zamanı üstün qabiliyyət və lazımi yetkinlik nümayiş etdirərsə, “Formula-1” yarışlarında iştirak üçün superlisenziya FIA-nın qərarı ilə 17 yaşında da verilə bilər”.


Reqlamentdəki bu dəyişiklik “Mersedes”in gənclər proqramının pilotu Andrea Kimi Anronelliyə yetkinlik yaşına çatana qədər “Formula-1” üzrə dünya çempionatında debüt imkanı yaradacsq. Hazırdı onun 17 yaşı var. Bir müddət əvvəl bəlli olmuşdu ki, Antonelli “Mersedes”də yeddiqat dünya çempionu, gələn ildən “Ferrari”nin şərəfini qoruyacaq Lüis Hemiltonu əvəz edə bilər.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul