“Merdedes”in rəhbəri Tofo Volff yeniyetmə italiyalı pilot Kimi Antonellinin bu komandada əfsanəvi Lüis Hemiltonu əvəz edə biləcəyini təsdiqləyib.
Ancaq o, 17 yaşlı istedadın “Formula-1”ə gəlişinin sonrakı taleyinə neqativ təsir edə biləcəyindən ehtiyatlanır:
“Hələ ki dəqiq bilmirəm. Düşünürəm ki, çox şey Kiminin özündən asılı olacaq. Mən ona əlavə təzyiq göstərmək istəmirəm. Kimi dahi pilota çevrilə bilər. Biz onu 17 yaşında “Formula-1” maşınının sükanı arxasına keçməyə məcbur etməklə “əritmək” istəmirik”.
Antonelli 2019-cu ildən bəri “Mersedes”in yeniyetmə akademiyasının iştirakçısıdı. Hazırda “Prema”nın heyətində “Formula-2” çempionatında çıxış edir. Kiminin komanda yoldaşı Oliver Berman cari mövsümdə “kral avtoyarışları”nda debüt edib, Səudiyyə Ərəbistanı mərhələsinin iştirakçıları arasında olub.