Məşhur futbolçu vətəninə qayıtdı

22.06.2024 23:18 275
Dünya futbolu
Məşhur futbolçu Radamel Falkaonun yeni klubu müəyyənləşib.

38 yaşlı hücumçu “Milyonarios”a transfer olunub. Bu barədə Kolumbiya klubunun mətbuat xidməti məlumat yayıb.

Müqavilənin müddəti 2024-cü ilin sonuna qədər razılaşdırılıb.
Falkao 13 yaşına kimi “Milyonarios”un yeniyetmələrdən ibarət komandasında çıxış edib. Onun sonuncu klubu “Rayo Valyekano” olub.