Yeni mövsümdə çempionluğu hədəfləyən və buna uyğun heyət qurmağı planlaşdıran "Kocaelispor" millimizin hücumçusu Renat Dadaşovla maraqlanır.
“Football-plus.az” xəbər verir ki, bu barədə “Çağdaş Kocaeli” məlumat yayıb. “Yaşıl-qaralar”ın rəhbərliyi qış fasiləsində Duqlas Tanke kimi uğurlu hücumçunu itirməyin əvəzini ağır ödədi. Bu il də eyni səhvləri etmək istəməyən “Kocaelispor” rəhbərliyi bu dəfə hədəfi 12-dən vurmağı planlaşdırır. Xatırladaq ki, azərbaycanlı futbolçu sonuncu iş yeri olan “Hatayspor”un heyətində ötən mövsüm 33 oyunda forma geyib və 6 qol vurub.
KAMAL SƏFƏR