Millimizin hücumçusu Ramil Şeydayev dünən Türkiyənin 1-ci liqa təmsilçisi “Kocaelispor”la ilyarımlıq müqavilə bağladı. “Nokta” qəzetinin köşə yazarı Erdem Övüç bu hadisədən sonra klubun transfer siyasəti haqda fikirlərini bölüşüb.
“Football-plus.az” xəbər verir ki, o, “Kocaelispor”un uğurlu siyasət yürütdüyünü qeyd edib:
“Orta sahə oyunçuları Əmrə Nefiz ve Yusuf Əmrə Gültəkin, sol cinahdan Onur Atasayar və mərkəz hücumçusu Kristian Kouakouya özlərinə yeni klub tapmaq tapşırılıb. “Yaşıl-qaralar” Mərt Gölgeçəni satıb 7 milyon lirə əldə etdi. İlk transfer Haşim Arda oldu. Ona keçidi həll olunan ikinci futbolçu Yosip Vukoviç kömək edəcək. Dünən “Kocaelispor”a qatılan Ramil Şeydayev nəinki hücum xəttindəki çatışmazlıqlara, ümumiyyətlə, komandaya dərman olacaq. Düzdü, o Türkiyə və Azərbaycan türkcəsini bilmir. Ramillə rus və ingilis dillərində anlaşmaq mümkündü. Buna baxmayaraq, öz təcrübəsini meydanda danışdıra biləcək. Qeyd edim ki, Şeydayevə oyunlarda kömək edəcək ən iddialı ad Hakan Arslandı. “Kocaelispor” onu transfer etməkdə israrlıdı. Bu iş alınsa, “yaşıl-qaralar”ın çempion olmaq şansı xeyli artacaq”.
KƏNAN BAHADIR