Bölgə təmsilçisinin qalan komandalardan əsas fərqi yalnız yerli futbolçularla mübarizə aparması idi. Lakin rəhbərlik komandanın daha yüksək yerlər uğrunda mübarizə aparması və rəqiblərindən geri qalmaması üçün bu prinsipdən vaz keçdi. Belədə “şirlər” mövsüm başa çatandan sonra Belajdi Pusi, Brahim Konate kimi əcnəbiləri heyətinə cəlb etdi. Görəsən, klub bunlarla kifayətlənəcək, yoxsa yenə danışıq apardığı əcnəbilər var? “Football-plus.az” olaraq, klubun baş meneceri Kamran İsmayılovla əlaqə saxladıq:
“Bizim klubun strategiyasına uyğun olaraq, transfer etmək istədiyimiz futbolçuları yerlilərə və ya əcnəbiyə bölmürük. Sadəcə, hazırda danışıq apardığımız yenə bir neçə oyunçu, bunlar arasında legionerlər də var. Danışıqların müsbət və ya mənfi nəticələyini qarşıdakı günlərdə biləcəyik. Onsuz da transfer baş tutan kimi klubun sosial şəbəkə hesabında elan olunur”.
KAMAL SƏFƏR



