Tural "Turan Tovuz"da

24.06.2024 17:45 266
Ölkə futbolu
2024/25 mövsümü öncəsi transfer çalışmalarını davam etdirən "Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, qərb təmsilçisi yarımmüdafiəçi Tural Bayramlı ilə 2 illik müqavilə bağlayıb.

26 yaşlı futbolçu karyerası ərzində Yunanıstan və Latviyada legioner həyatı yaşayıb. O, Azərbaycanda "Sumqayıt", "Keşlə", "Zirə", "Səbail" və "Araz-Naxçıvan" klublarının formasını geyinib.